Zərdabda oğurluq edən şəxs saxlanıldı

16:07 06.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yerləşən evlərin birindən oğurluq etməkdə təqsirli bilinən Tural Ağayev saxlanılıb.

Hafta.az xəbər verir ki, həmin şəxs evə pəncərədən daxil olaraq oradan 5000 ABŞ dolları və 400 manat oğurlayıb. 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.